Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2017 18:55

Cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçular üçün tarixi yerlərə ekskursiya təşkil olunub

Beyləqan qarnizonunda şəxsi heyətin asudə vaxtının təşkili planına əsasən cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçular üçün Füzuli rayonunun tarixi yerlərinə ekskursiya təşkil edilib.
Ekskursiya zamanı hərbi qulluqçular rayonunun qədim tarixi, xalqımızın zəngin mədəni irsi, milli adət ənənələri, incəsənət abidələri haqqında məlumatlandırılıblar.
Şəxsi heyət Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin fəaliyyəti, həyat və yaradıcılığı ilə yaxından tanış olmaq üçün Heydər Əliyev Mərkəzini, aprel şəhidlərinin xatirə abidəsini, Qəhrəmanlar parkını, həmçinin Tarix Diyarşünaslıq Muzeyini ziyarət ediblər.
Füzuli rayonu İcra Hakimiyyəti tərəfindən təşkil olunan konsert proqramında və Gənclər Mərkəzində keçirilən yarışlarda iştirak edən hərbçilər xoş təəssüratlarla xidmət yerlərinə qayıdıblar.