Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2015 09:00

C.Naxçıvanski adına hərbi liseydə Milli Qəhrəmanın xatirəsi anılıb

C.Naxçıvanski adına hərbi liseydə şəhid Azərbaycanın Milli Qəhrəmanı, baş leytenant Eldar Məmmədovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə bir qrup kursant Milli Qəhrəmanın ailə üzvləri ilə birgə Şəhidlər Xiyabanında onun məzarını ziyarət ediblər. Daha sonra Hərbi Liseyin klubunda tədbir davam etdirilib.
Tədbirdə Milli Qəhrəmanın anası Tamilla xanım, bacısı Sevinc xanım və yaxın qohumları iştirak ediblər. Kursantların təqdim etdiyi ədəbi-bədii hissədə Eldar Məmmədovun keçdiyi şərəfli ömür yolundan danışılıb.
Sonunda qəhrəmanın bacıısı Sevinc xanım çıxış edərək Milli Qəhrəmana və onun ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.