Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2017 18:32

Bir qrup hərbi qulluqçu şəhidin ad günündə ailəsinə baş çəkib

Avqustun 16-da bir qrup hərbi qulluqçu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş mayor Əliyev Elnur Adil oğlunun ad günündə onun ailəsinə baş çəkib.
Füzuli rayonunda keçirilən tədbirdə hərbi hissənin zabitləri, qoşun təcrübəsində olan kursantlar, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar. Elnur Əliyev, eləcə də bütün şəhidlərin ruhuna dualar oxunub, şəhid olmuş Vətən övladlarının xatirəsi qürurla yad edilib.
E.Əliyevin ailə üzvlərinə Müdafiə Nazirliyinin rəhbərliyi və onunla birlikdə xidmət etmiş hərbi qulluqçular adından başsağlığı çatdırılıb, şəhidlərimizin qisasının daima alındığı və düşmənə hər an layiqli cavab verildiyi qeyd olunub.
Sonra şəhidin valideyinlərinin yaşadığı ünvanda görüş keçirilib. Toplaşanlar E.Əliyevi yad edərək onunla bağlı xatirələrini bölüşüblər.
Şəhidin ailə üzvləri və tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.