Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 2012 09:00

Azərbaycanın müdafiə naziri Litva Parlamentinin sədri və baş naziri ilə görüşüb


Litva Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Litva Parlamentinin sədri xanım İrena Dequtuiene və baş nazir Andrius Kubilius ilə görüşlər keçirib.
Hər iki görüşdə ölkələrarası münasibətlərin inkişafı və hərbi əməkdaşlıq məsələləri geniş müzakirə edilib.
Müdafiə naziri Səfər Əbiyev Litva Parlamentinin sədrinə və baş nazirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı çətinliklər barədə ətraflı məlumat verib.
Litva Parlamentinin sədri xanım İrena Dequtuiene isə bildirib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin bu yöndə həllini arzulayır.
Hər iki görüşdə Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib.
Günün sonunda Azərbaycanın müdafiə naziri Litva Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən enerji təhlükəsizliyi mərkəzində olub.