Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2017 15:51

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb

Mayın 23-də Batumi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşık arasında görüş keçirilib.
Tərəflər Azərbaycan ilə Türkiyənin hərbi əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd ediblər.
Regional və qlobal səviyyədə sülhə və sabitliyə töhfə vermək məqsədilə fəaliyyətlərin davam etdirilməsi, birgə təlimlərin keçirilməsi, mütəxəssislərdən ibarət işçi görüşlərinin təşkili, eləcə də hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib.