Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2013 09:00

Azərbaycan Respublikasının müdafiə nazirinin Litva Respublikasının xarici işlər naziri ilə görüşü olub


Martın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusla görüşü olub.
Görüş zamanı nazirlər hər iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər. Hərbi əməkdaşlıq sahəsində əldə edilən nəticələrin daha da möhkəmləndirilməsi barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.