Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib


Oktyabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqası qəbul edib. Yeni səfiri təyinatı münasibəti ilə təbrik edən müdafiə naziri Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüş zamanı səfir Dimitrios Tsounqas bütün sahələr üzrə ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.
Beynəlxalq təşkilatların, Avropanın aparıcı dövlətlərinin, xüsusilə Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün fəaliyyətlərini gücləndirmələrinə ciddi ehtiyac olduğunu bildirən Səfər Əbiyev əks təqdirdə bölgədə arzu olunmayan ağır problemlərin yaranacağını vurğulayıb. Müharibənin hələ bitmədiyini xatırladan nazir diqqətə çatdırıb ki, tezliklə Ermənistan bu təcavüzkar siyasətindən geri durmasa torpaqların işğaldan azad edilməsi üçün Azərbaycan Ordusu öz üzərinə düşən vəzifəni icra etmək məcburiyyətində qalacaq.
Görüş zamanı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.