Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri və nazirliyin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar

Dekabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.
Hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanışlıqdan sonra, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayramlar münasibəti ilə təbrik edib.
Müalicə alan hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib və tezliklə sağalıb Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında yeni uğurlar qazanmaq əzmində olduqlarını ifadə ediblər.
Sonda Müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.