Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Respublikasının quru qoşunları komandanını qəbul edib


İyulun 3-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının quru qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.
Hayrı Kıvrıkoğlu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.
Nazir Səfər Əbiyev hörmətli qonağın Azərbaycana gəlişini məmnunluq hissi ilə qeyd edərək bu səfərin qarşılıqlı dostluq və qardaşlıq ənənələrinə söykəndiyini bildirib.
Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə nazirinin əmrinə əsasən Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə verdiyi böyük töhvələrə görə ordu generalı Hayrı Kıvrıkoğlu "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" və Azərbaycan Silahlı Qüvvələrinin "95 illik yubiley" medalları ilə təltif olunub.