Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Avqust 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Rumıniyada rəsmi səfərdədir

Avqustun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniya Milli Müdafiə naziri cənab Mirça Duşanın dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.
Əvvəlcə rəsmi heyət Buxarest şəhərindəki "Tey Parkı - Heydər Əliyev Xiyabanı"nda Ümummilli Liderin büstünün önünə əklil və tər çiçəklər qoyaraq Ulu Öndərin əziz xatirəsinə yüksək hörmət və ehtiramlarını ifadə ediblər.
Sonra Müdafiə naziri Zakir Həsənovun Rumıniya Milli Müdafiə naziri cənab Mirça Duşa tərəfindən təntənəli qarşılanma mərasimi keçirilib.
Görüş zamanı ölkələrimiz arasında hərbi əməkdaşlığın əsas istiqamətləri və perspektivləri müzakirə edilib. Hərbi-texniki, hərbi təhsil sahələrində, dağ təlimi, təlim mərkəzlərinin birgə istifadəsi, birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub. Həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib, Şərqi Avropada və Cənubi Qafqazda cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb, hər iki ölkənin ərazi bütövlüyünün dəstəkləndiyi bir daha vurğulanıb.
Görüşdən sonra Müdafiə nazirlərinin media nümayəndələri ilə görüşü keçirilib, tərəflərin bütün mövqelərinin üst-üstə düşdüyü diqqətə çatdırılıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti parlamentin deputatlar palatasının sədri Valeriu Zqonea ilə görüşüb.
Görüşdə əməkdaşlığın indiki vəziyyəti yüksək qiymətləndirilərək ölkələr arasında yeni imkanların mövcudluğu barədə fikirlər səsləndirilib.
Avqustun 28-də Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşün keçiriləcəyi planlaşdırılır.
Müdafiə nazirinin Rumıniyaya səfəri avqustun 28-də başa çatacaq.