Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Moskva şəhərinə yola düşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə yola düşüb.
Səfər çərçivəsində Müdafiə nazirinin rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaqdır. Həmçinin Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub.
Bundan əlavə, general-polkovnik Z.Həsənovun bir sıra ölkələrin Müdafiə nazirləri ilə görüşləri də gözlənilir.