Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri İtaliya Respublikasının və Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib

Yanvarın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının və Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri cənab Campaolo Kutillonu və xanım Haydrun Tempeli qəbul edib.
Görüşlər zamanı bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib, ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

İtaliya Respublikasının fövqəladə və səlahiyyətli səfiri ilə görüş

Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri ilə görüş