Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Böyük Britaniyanın müdafiə nazirinin müavinini qəbul edib


İyunun 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniyanın müdafiə nazirinin müavini Endryu Marrisonu qəbul edib.
Görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsinin zəruriliyi və bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Nazir qeyd edib ki, Azərbaycan torpaqlarının işğal faktı davam etdikcə regionda sülhün bərqərar olması mümkünsüzdür.