Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Beynəxalq Hərbi İdman Şurasının prezidentini qəbul edib


İyulun 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəxalq Hərbi İdman Şurasının prezidenti və Kamerun prezidentinin müdafiə məsələləri üzrə müşaviri polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.
Görüşdə Bakıda keçirilən hərbçilər arasında birinci Dünya Futbol kubokunun gedişatı barədə söhbət aparılıb. Qonaq yarışın yüksək səviyyədə təşkilində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.