Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədrini qəbul edib


Martın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevi qəbul edib.
Müdafiə naziri gənclərimizin hərbi vətənpərvərliyinin gücləndirilməsində, onların döyüş əzmi ruhunda tərbiyə olunmasında Əfqanıstan müharibəsi veteranlarının nümunəsini xüsusi vurğulayıb və bu fəaliyyətlərin gələcəkdə də həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qonaq ölkəmizdə veteranlara və onların ailələrinə göstərilən dövlət qayğısından danışıb, ictimai birlik tərəfindən məktəblərdə və digər təhsil ocaqlarında keçirilən müxtəlif tədbirlər barəsində məlumat verib.
Görüş zamanı Müdafiə Nazirliyi ilə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə həyata keçirəcəyi fəaliyyətlərlə əlaqədar işçi qrupunun yaradılması və tədbirlər planının tərtib edilməsi qərara alınıb.