Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri ABŞ Müdafiə Katibinin siyasi məsələlər üzrə baş köməkçisinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Katibinin siyasi məsələlər üzrə baş köməkçisinin müavini, xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müxtəlif sahələr üzrə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafını qeyd edən nazir hərbi əməkdaşlıq sahəsində də əldə edilən müsbət nəticələrdən söhbət açıb.
Görüş zamanı müdafiə sahəsindəki əlaqələr barədə də geniş fikir mübadiləsi aparılıb. Nazir Səfər Əbiyev regionda hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinin səbəbləri haqda qonağı məlumatlandırıb. Nazirin sözlərinə görə, münaqişənin həll olunmaması bütövlükdə bölgədəki vəziyyəti təhlükə altında saxlayır.
Görüş zamanı xanım Hiks Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakından və terrorizmə qarşı mübarizədə birgə fəaliyyətindən məmnunluğunu qeyd edərək ABŞ-ın bundan sonra da bir sıra vacib məsələlərdə Azərbaycanla strateji əməkdaşlığı davam etdirmək niyyətində oldugunu vurğulayıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar iştirak edib.