Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanını qəbul edib


Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanı general-mayor Mayls Dirinqi qəbul edib.
Görüş zamanı müdafiə naziri son illər əməkdaşlığın müxtəlif istiqamətləri üzrə hər iki ölkənin əldə etdiyi müsbət nəticələrdən və bu kontekstdə Oklahoma ştatındakı milli qvardiya ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edərək mövcud geniş imkanların bu əlaqələri daha da inkişaf etdirməyə əlverişli şərait yaratdığını bildirib. Səfər Əbiyev uğurları vurğulamaqla yanaşı sıx əməkdaşlıq məsələlərinin qurulmasında 907-ci düzəlişin göstərdiyi bəzi maneələri də qonağın diqqətinə çardırıb. Nazirin sözlərinə görə, ABŞ qanunvericiliyinin doğurduğu müəyyən sədlərə baxmayaraq tərəfdaşlığın dərinlişdirilməsi və inkişaf etdirilməsi hər iki ölkənin strateji maraqları çərçivəsindədir.
Müdafiə nazirinin fikirləri ilə razılaşdığını səsləndirən milli qvardiyanın komandanı general Dirinq Azərbaycanı Amerika Birləşmiş Ştatlarının yaxın dostu kimi dəyərləndirərək onun dünyada strateji ölkəyə çevrildiyini də qeyd etdi. Qonaq Silahlı Qüvvələrimizin Əfqanıstandakı sülhyaratma missiyasına verdiyi böyük töhfələrə görə Səfər Əbiyevə öz dərin təşəkkürünü bildirdi.