Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2017 19:11

Azərbaycan dənizçiləri ilə Rusiya Xəzər Flotilyasının hərbi gəmilərinin heyətləri arasında mini-futbol görüşü təşkil olunub

Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi gəmilərinin heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi heyəti ilə mini-futbol üzrə yoldaşlıq görüşündə güclərini sınayıblar.
Dənizkənarı Milli Parkdakı Su İdman Sarayının meydançasında keçirilən oyunda Azərbaycan dənizçiləri Rusiya komandasına 8-2 hesabı ilə qalib gəlib.
Sonda komandalara hədiyyələr və kubok təqdim olunub.