Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

30 May 2016 09:00

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.