Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

9 Yanvar 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 8-də saat 15.55-dən 16.00-dək, 15.45-dən 15.55-dək və 19.20-dən 19.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 15.30-dan 15.35-dək və 23.00-dan 23.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 15.30-dan 15.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 10.00-dan 10.30-dək və yanvarın 9-da saat 01.10-dan 01.20-dək Tərtər rayonunun Nəmirli və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.