Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

2 May 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 1-də saat 15.30-dan 15.40-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 18.45-dən 18.55-dək və 19.20-dən 19.45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Qaralar kəndlərində yerləşən mövqeləri; 
- mayın 2-də saat 05.45-dən 05.55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri;
- saat 00.10-dan 00.20-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlıgında yerləşən mövqelərdən;
- saat 03.10-dan 03.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlıgında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.