Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

8 May 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 7-də saat 12.40-dan 12.55-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri; 
- saat 12.50-dən 13.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20.15-dən 20.35-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;
- mayın 8-də saat 01.05-dən 01.25-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.