Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

5 Mart 2012 09:00

Cəbhədə vəziyyət yenidən gərginləşib.
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 4-də saat 15.25-dən 15.30-dək və 21.00-dan 21.05-dək Ağdam rayonunun Yusifcanlı və Cavahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 19.15-dən 19.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 21.10-dan 21.25-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22.10-dan 22.18-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi;
- martın 5-də saat 02.15-dən 02.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamüt kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.