Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

13 Mart 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 12-də saat 17.25-dən 17.35-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi;
- 21.35-dən 21.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- 21.45-dən 21.50-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.