Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

7 İyun 2012 09:00

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistanın silahlı bölmələri iyunun 6-sı saat 08.00-dan bu gün səhərədək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozublar.
Atışmalar intensiv xarakter alıb və daha çox Qazax, Füzuli, Gədəbəy, Tovuz, Tərtər, Ağdam, Goranboy, Xocavənd, Cəbrayıl, Ağstafa istiqamətlərində qeydə alınıb. Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.