Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

13 İyun 2012 09:00

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistanın silahlı bölmələri iyunun 12-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək Tərtər rayonunun Qızıloba, Göyarx, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Şuraabad, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.
Azərbaycan tərəfdən heç bir itki və yaralı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.