Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

20 Aprel 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 19-da saat 09.05-dən 09.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;
- saat 10.15-dən 10.30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 01.40-dan 01.45-dək və aprelin 20-də 00.35-dən 00.40-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00.10-dan 00.15-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.