Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

23 Aprel 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 22-də saat 14.15-dən 14.35-dək və 16.00-dan 16.20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaralar kəndində yerləşən mövqelərimizi;
- saat 15.30-dan 15.40-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16.05-dən 16.45-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 09.20-dən 09.25-dək, 09.40-dan 09.50-dək və aprelin 23-də 00.20-dən 00.25-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 01.00-dan 01.10-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.