Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2017 18:21

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqələrinin püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə əsasən Azərbaycan komandası Venesuela, Qazaxıstan və Tacikistan komandaları ilə bir qrupda çıxış edəcək.
İştirakçılar texnikanı qəbul etdikdən sonra silahlardan sınaq atışları icra edəcəklər.
Qeyd edək ki, digər qrupda Rusiya, Belarus, Zimbabve və Qırğızıstan komandaları iştirak edir.