"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Мüdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı

GENERAL-LEYTENANT

MUSTAFAYEV KƏRƏM NƏRİMAN OĞLU

MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ –

ƏLAHİDDƏ ÜMUMQOŞUN ORDUSUNUN KOMANDANI

 

General-leytenant Mustafayev Kərəm Nəriman oğlu 1 iyul 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlərİ Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını  bitirib.

1983-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni, 22.06.2006-cı il tarixlli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 25.06.2009-cu il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2011-ci il tarixli Sərəncamı ilə  "Vətənə xidmətə görə" 3-cü dərəcəli və 24.06.2014-cü il tarixli Sərəncamı ilə "Vətənə xidmətə görə" 2-ci dərəcəli ordenləri ilə təltif olunub.

14.05.2014-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.

Ailəlidir. Üç övladı var.