"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi

GENERAL-POLKOVNİK

SADIKOV NƏCMƏDDİN HÜSEYN OĞLU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRİNİN BİRİNCİ MÜAVİNİ –

SİLAHLI QÜVVƏLƏRİN BAŞ QƏRARGAH RƏİSİ

 

General-polkovnik Sadıkov Nəcməddin Hüseyn oğlu 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub.  

1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini "Qızıl medalla" bitirib.

1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib.

1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib.

1991-ci ildə Sovet İttifaqı Marşalı B.M.Şapoşnikov adına “Vıstrel” ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini - Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 04.04.1995-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2003-cü il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni, 25.06.2009-cu il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı və 19.04.2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib.

Üç övladı var.