"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

MDB çərçivəsində əməkdaşlıq

MDB çərçivəsində əməkdaşlıq

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə nazirləri Şurasının və Baş Qərargah rəisləri Komitəsinin iclaslarında iştirak edir.
2001 və 2006-cı illərdə MDB iştirakçı-dövlətlərinin Müdafiə nazirləri Şurasının iclasları Bakıda keçirilib.
MDB iştirakçı-dövlətlərinin Baş Qərargah Rəisləri Komitəsinin Azərbaycanda ilk iclası 7-8 aprel 2014-cü il tarixlərində Bakı şəhərində keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətləri 2016-cı ilin iyun və noyabr aylarında MDB Müdafiə nazirləri Şurasının, mart və sentyabr aylarında MDB Baş Qərargah Rəisləri Komitəsinin iclaslarında iştirak edib.
Analoji iclasların 2017-ci il ərzində də keçirilməsi nəzərdə tutulur.