"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

BQXK ilə əməkdaşlıq

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və BQXK arasında əməkdaşlıq aşağıdakı istiqamətlərdə aparılır:
•    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Beynəlxalq Humanitar Hüquqa (BHH) dair tədris vəsaitləri ilə təmin edilməsi;
•    Silahlı Qüvvələrin Hərbi Akademiyasında BHH-yə üzrə mühazirələrin təşkili;
•    Hərbi qulluqçularla BHH mövzusunda təlim və seminarların keçirilməsi, onların regional və beynəlxalq kursların iştirakına imkanın yaradılması;
•    Azərbaycan və Ermənistan silahli qüvvələrinin qarşıdurma xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalinin yaşayış şəraitinin aydınlaşdırılması məqsədilə monitorinqlərin təşkili;
•    Azərbaycan və Ermənistan silahli qüvvələrinin qarşıdurma xəttinə yaxın yaşayan mülki əhalinin təsərrüfat işləri ilə məşğul olması üçün yerlərdə bir-sıra sosial yönümlü layihələrinin həyata keçirilməsi;
•    Humanitar tədbirlərin təşkil olunması və keçirilməsində əməkdaşlıq.