Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər

Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər

Azərbaycan Respublikası “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə”yə (AASQM), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının “Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi”nə (VS) tərəfdar çıxıb və müxtəlif öhdəlikləri yerinə yetirir.
Bu məqsədlə Azərbaycan Respublikası öz silahlı qüvvələri barədə illik məlumat mübadiləsində iştirak edir və təqdim olunan məlumatlar əsasında iştirakçı dövlətlərdən inspeksiyalar qəbul edir, habelə digər iştirakçı dövlətlərdə inspeksiyalar keçirə bilir.
AASQM “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 10 iyun 1992-ci il tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilib.
Azərbaycan Respublikası razılaşdırılmış AASQM-ə “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin iştirakçı olan dövlətlər arasında 1996-cı il mayın 31-də razılaşdırılmış Sənədə qoşulmaq haqqında” 16 may 1997-ci il tarixli 295-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qoşulub.
2023-cü il yanvarın 1-dək Azərbaycan Respublikasında iştirakçı dövlətlər tərəfindən 136 inspeksiya keçirilib.
ATƏT-in “Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi”nə (VS) Azərbaycan Respublikası 4 mart 1992-ci il tarixdə Vyanada, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM-in) – indiki Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının görüşündə qoşulub.
30 noyabr 2011-ci il tarixdə Vyanada, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) 665-ci xüsusi iclasında TƏF-in FSC.DEC/14/11 nömrəli qərarına əsasən VS Azərbaycan Respublikası tərəfindən yenidən qəbul edilib.
2023-cü il yanvarın 1-dək Azərbaycan Respublikasında iştirakçı dövlətlər tərəfindən 73 inspeksiya və 34 qiymətləndirmə keçirilib.